Bakıda 58 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 20 sentyabr, 2022
  • 01:14
Bakıda 58 yaşlı qadını avtomobil vurub

Bakının Binəqədi rayonunda 58 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, 1964-cü il təvəllüdlü Ağayeva Mətanət Əvəz qızı yolu keçərkən avtomobil onu vuraraq xəsarət yetirib.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.