Bakıda 42 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 16 yanvar, 2022
  • 00:25
Bakıda 42 yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Şüvəlan qəsəbəsində yolu keçən 1980-ci il təvəllüdlü Muradova Aynurə Mirtağı qızını avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını öz avtomobilnə qoyaraq xəstəxanaya çatdırıb. Müayinə zamanı ona sağ oturaq sümüyünün və qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.