Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb

Hadisə
  • 07 oktyabr, 2016
  • 07:36
Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda 34 yaşlı kişi yaşadığı mənzildə bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

1982-ci il təvəllüdlü Şabanov Səxavət İsmayıl oğlu yaşadığı mənzildə naməlum şəxs tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

O, qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yaralarla 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub.

 Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.