Bakıda 33 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Hadisə
  • 23 iyun, 2019
  • 15:13
Bakıda 33 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü İmanverdiyev İlqar Valeh oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

44 - Tezliklə