Bakıda 32 yaşlı kişini öldürən keçmiş məhkum saxlanılıb

Hadisə
  • 25 oktyabr, 2019
  • 05:38
Bakıda 32 yaşlı kişini öldürən keçmiş məhkum saxlanılıb

Bakıda qətl törədən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə ötən gün paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Daxil Allahyarov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1977-ci il təvəllüdü, əvvəllər məhkum edilmiş E.Səfərov saxlanılıb.

Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.