Bakıda 22 yaşlı gənc itkin düşüb

Hadisə
  • 17 dekabr, 2019
  • 06:08
Bakıda 22 yaşlı gənc itkin düşüb

Bakıda 22 yaşlı gənc itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 14-də paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsi, Məktəbli küçəsi, ev 62 ünvanında baş verib.

Belə ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ülfət Qasımov saat 18:00 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra gəncin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.