Bakıda 2 kq ağ civəni 5 min dollara satmaq istəyən şəxs tutulub

Hadisə
  • 04 fevral, 2017
  • 08:55
Bakıda 2 kq ağ civəni 5 min dollara satmaq istəyən şəxs tutulub

Bakı. 4 fevral. REPORT.AZ/ Bakıda civə satmaq istəyən şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

44 - Tezliklə