Bakıda 19 gün əvvəl velosipedçini vurub qaçan sürücü saxlanılıb
Hadisə
- 21 oktyabr, 2019
- 08:12
Bakıda 19 gün əvvəl velosipedçini vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməyən avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub. Velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:59
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Daxili siyasət16:55
Başqırdıstanda ticarət mərkəzində yanğın qurbanlarının sayı 4-ə çatıb - YENİLƏNİB
Digər ölkələr16:52
Yaponiyada torpaq sürüşmələri nəticəsində ölənlərin sayı altıya çatıb - YENİLƏNİB-2
Digər ölkələr16:49
"Sumqayıt" basketbol klubu Kamran İmanovla müqavilənin müddətini uzadıb
Komanda16:44
"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq yaradılıb
İnfrastruktur16:37
Azərbaycan Gürcüstandan qoyun və keçi alışına çəkdiyi xərci 24 % azaldıb
ASK16:25
Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını komandadan üstün tutmur"
Futbol16:17
Foto
Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olunub
Fərdi16:15