Bakıda 18 yaşlı sürücü 20 yaşlı piyadanı avtomobillə vuraraq öldürüb

Hadisə
  • 09 sentyabr, 2022
  • 05:19
Bakıda 18 yaşlı sürücü 20 yaşlı piyadanı avtomobillə vuraraq öldürüb

Bakıda avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə sentyabrın 8-də baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Zamanov Anar Vüqar oğlu etibarnamə əsasında idarə etdiyi "Honda CIVIC" minik markalı avtomobil ilə Babək prospektindən üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu əks istiqamətdə keçmək istəyən 2002-ci il təvəllüdlü Əlibəyov Elmar Səfərbəy oğlunu ehtiyatsızlıqdan vurub, nəticədə sonuncu ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

44 - Tezliklə