Bakıda 176 nömrəli orta məktəbdə yanğın olub
Hadisə
- 14 iyun, 2023
- 20:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 176 nömrəli orta məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
FHN-dən "Report"a bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçmərtəbəli məktəb binasının zirzəmisində 20m² sahəyə yığılmış parta, şkaf və digər avadanlıqlar, o cümlədən zirzəmidən keçən elektrik kabelləri 7p.m. yanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının məktəb binasına keçməsinə imkan verilməyib.
Son xəbərlər
05:38
Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb
Digər ölkələr05:17
FT: London Aİ-ni Britaniyanı "Avropada istehsal olunub" proqramına daxil etməyə çağıracaq
Digər ölkələr04:46
KXDR rəsmisi: ABŞ və müttəfiqlərinin hərbi təlimləri regionda sabitliyi pozur
Digər ölkələr04:29
"NBC News": ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr04:07
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Digər ölkələr03:38
ABŞ və Litva nadir yeraltı metallar üzrə saziş imzalayıblar
Digər ölkələr03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45