Bakıda 15 min manatlıq dələduzluq edən qadın məhkəmə zalında həbs edilib
- 03 aprel, 2017
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəsmiyyə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, R.Musayeva Bakı şəhər sakini Səməd Hüseynova qarşı dələduzluq edib. O, zərərçəkmişin etibarın sui-istifadə edərək, S.Hüseynova Xətai rayonunda 2.5 sot toraq satacağını deyib. R.Musayeva hissə-hissə S.Hüseynovdan ümumilikdə 15 min manat pul alıb, lakin sonradan verdiyi vədə əməl etməyib. S.Hüseynovun şikayətindən sonra R.Musayeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq dövründə isə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
R.Musayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Məhkəmə prosesində ifadə verən R.Musayeva özünü təqsirli bildiyini və törətdiyi əməldən peşman olduğunu söyləyib.