Bakıda 10 mənzildən oğurluq edən şəxs tutulub

Hadisə
  • 07 aprel, 2016
  • 07:51
Bakıda 10 mənzildən oğurluq edən şəxs tutulub

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda 10 mənzildən oğurluq edən şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.