Bakı Telefon Rabitəsi MMC-yə məxsus 500 metr kabeli oğurlayan şəxs saxlanılıb

Hadisə
  • 27 noyabr, 2018
  • 07:40
Bakı Telefon Rabitəsi MMC-yə məxsus 500 metr kabeli oğurlayan şəxs saxlanılıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı Telefon Rabitəsi MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. 

Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, bu barədə Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Şöbəsinə (P) məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tarıyel Vəliyev saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.

Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

44 - Tezliklə