Bakı sakininin pulqabısı oğurlanıb

Hadisə
  • 07 noyabr, 2019
  • 08:16
Bakı sakininin pulqabısı oğurlanıb

Bakı sakininin pulqabısı oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini O.Vəliyevin içərisində 1300 manat, sənəd və açarlar olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.