​Bakı sakininin mənzilindən külli miqdarda pul oğurlanıb

Hadisə
  • 30 iyul, 2015
  • 07:36
​Bakı sakininin mənzilindən külli miqdarda pul oğurlanıb

Bakı. 30 iyul. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsusu mənzildən külli miqdarda pul oğurlanıb. “Report”un xəbərinə görə, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib.

Tariyel Qurbanova məxsus mənzilə daxil olan naməlum şəxslər oradan 36 min ABŞ dolları, 8 min manat pul və 5 min manat dəyərində qızıl oğurlayıb.

Cinayəti törədən şəxslərin axtarışları davam etdirilir.