Bakı sakini qanunsuz saxladığı avtomatı polisə təhvil verib
- 04 noyabr, 2023
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib.
Şöbə əməkdaşları tərəfindən, həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.
Araşdırmalar davam etdirilir.