Bakı sakini paltar asmaq istəyərkən ağır xəsarət alıb
Hadisə
- 25 oktyabr, 2016
- 10:05
Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində qeydə alınıb.
Həmin küçədə yerləşən binada 1993-cü il təvəllüdlü Şahsuvarov Taleh Xaliq oğlu paltar asmaq istəyərkən xəsarət alıb. Belə ki, T.Şahsuvarov aşağıya doğru əyilərkən zivənin dəmir hissəsinin üzərinə düşüb. Nəticədə dəmir parçası onun bədəninə batıb.
Ağır xəsarət alan T.Şahsuvarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Bədbəxt hadisənin dəqiq səbəbləri araşdırılır.
Son xəbərlər
10:10
"Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizəyə başlayır
Komanda10:07
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü saxlanılıb - YENİLƏNİB
Hadisə10:07
Bu gün Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndəriləcək
Biznes10:04
Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir
Hadisə10:04
Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
İnfrastruktur09:48
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Energetika09:40
Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib
Digər ölkələr09:32
Türkiyədə hoteldə yanğın olub, 12 nəfər xəsarət alıb
Region09:28