​Bakı sakini dayısına məxsus avtomobili qaçıraraq qəza törədib

Hadisə
  • 11 aprel, 2016
  • 07:59
​Bakı sakini dayısına məxsus avtomobili qaçıraraq qəza törədib

Bakı. 11 aprel. REPORT.AZ/ Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qəsəbə sakini Vaqif İsrafilov dayısı İlkin Qəhrəmanova məxsus “Hyundai” markalı avtomobili qaçırıb.

“Report”un xəbərinə görə, bu barədə DİN-in saytı məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xətai rayonu ərazisində ön hissəsi əzik vəziyyətdə saxlanılmış və sürücü V.İsrafilovla birgə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

44 - Tezliklə