Bakı-Quba yolunda ağır qəza: 3 nəfər ölüb, 1 nəfər yaralanıb
- 08 dekabr, 2017
- 06:14
Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə magistralın Sumqayıt şəhəri, Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər ağır bədən xəsarətləri alıb.
Belə ki, Quba rayon sakini Azad Arif oğlu Novruzovun idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Əsgər Məhəmməd oğlu Xanəhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişinlər - Bakı şəhər sakini Xanlar Heydər oğlu Məmmədov və Quba rayon sakini Rəşid Cəfər oğlu Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP və Təcili Tibbi Yardın Stansiyasının əməkdaşları gəlib.
Faktla bağlı araşdırmalara başlanılıb.