Bakı-Qazax yolunda yük maşını piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Hadisə
  • 15 mart, 2019
  • 22:27
Bakı-Qazax yolunda yük maşını piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə,  Məmmədov Gündüz Gülağa oğlu idarə etdiyi "Mercedes" markalı yük maşını ilə hətəkətdə olan zaman yolu keçmək istəyən piyada, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Eldar Əmrah oğlu Əmrahovu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 00:31

Bakı-Qazax avtomobil yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Goranboy rayon, Dəliməmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərkətdə olan "Mercedes" markalı yük maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkimləri cəlb olunub.

Qəza zamanı ağır bədən xəsarətləri alan piyada yhadisə yerində ölüb. 

Daha əvvəl Oğuzda yaşlı qadını avtomobil vurub.