Bakı-Qazax avtomobil yolunda ölən piyadanın şəxsiyyəti məlum olub

Hadisə
  • 08 mart, 2019
  • 06:05
Bakı-Qazax avtomobil yolunda ölən piyadanın şəxsiyyəti məlum olub

Goranboy. 8 mart. REPORT.AZ/ Goranboy rayonunun Borsunlu kənd ərazisində yol-nəqliyyat hadisəsi zamanı ölən kişinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ölən şəxs 1965-ci il təvəllüdlü Mahmudov Tarif Cəfər oğludur.

Meyit yaxınlarına təhvil verilib.

Xatırladaq ki, martın 5-də 1974-cü il təvəllüdlü, Gürcüstan vətəndaşı Masim Gradjov idarə etdiyi “Volvo S80” markalı avtomobillə T.Mahmudovu vuraraq öldürüb və sonra hadisə yerindən qaçıb. Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

44 filmi