Bakı Metropoliteninin stansiyalarında baş verən qəzaların statistikası açıqlanıb
Hadisə
- 25 dekabr, 2014
- 05:44
Bakı. 25 dekabr. REPORT.AZ/ 2014-cü ilin 11 ayı ərzində "Bakı Metropoliteni" QSC-nin stansiyalarında vətəndaşların xəsarət alması ilə nəticələnən 63 hadisə baş verib.
Bunu QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev "Report"un sorğusuna cavab olaraq bildirib.
N.Paşayev deyib ki, bu hadisələrdən 16-sı yolda, 6-sı vestibüldə, 33-ü eskalatorda, 7-si platformada baş verib. Hadisələr zamanı 38 nəfər xəsarət alıb.
N.Paşayev bildirib ki, bu il ərzində sərnişinlər tərəfindən metro stansiyalarında quraşdırılan "SOS" aparatları vasitəsilə heç bir çağırış olmayıb: "Həmin aparatlar fövqəladə hadisələr zamanı istifadə olunur. Bu il ərzində Metropolitendə hər hansı fövqəladə hadisə baş verməyib".
Son xəbərlər
21:29
Yunanıstanda zavodda partlayış olub, ölən və yaralı var
Digər ölkələr21:21
Mbappe Zidanın rəhbərliyi altında da Fransa millisinin kapitanı olaraq qalacaq
Futbol21:13
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib
Digər ölkələr21:00
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz
Digər ölkələr20:57
İranın dəniz blokadasının bərpasından sonra 17 gəminin istiqaməti dəyişdirilib
Digər ölkələr20:53
"Rosselxoznadzor" Ermənistan qızılgüllərinin Belarus vasitəsilə gətirilməsinin qarşısını alıb
Region20:40
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək
Digər ölkələr20:20
Video
Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib
İnfrastruktur20:14
Video