"Bakı Metropoliteni"nin sabiq işçisinin apellyasiya şikayəti təmin edilməyib

Hadisə
  • 10 aprel, 2019
  • 16:03
Bakı Metropoliteninin sabiq işçisinin apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Ümüd Kərimov və Elçin Teymurovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin avqustun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Kərimov 8 il 3 ay, E.Teymurov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ü.Kərimov "Bakı Metropoliteni" QSC-də qaynaqçı vəzifəsində çalışıb.

44 - Tezliklə