Bakı məhkəməsi Türkiyə vətəndaşının ekstradisiyası barədə qərar qəbul edib

Hadisə
  • 04 noyabr, 2016
  • 08:53
Bakı məhkəməsi Türkiyə vətəndaşının ekstradisiyası barədə qərar qəbul edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Yaşar Kaplan Mustafanın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim məhkəmə iclasında Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsinin də iştirak etdiyini bildirib.

Daha sonra məhkəmə qərarı elan edib. Y.Kaplanın Türkiyə Respublikasına ekstradisiya olunması barədə qərar çıxarılıb.

Qeyd edək ki, Y.Kaplan Türkiyədə insan alverində təqsirləndirilərək axtarışda olub. O, Azərbaycan ərazisində həbs olunub. Y.Kaplan 2 dəfə Türkiyədə məhbusluq həyatı yaşayıb.

44 - Tezliklə