Babək prospektində taksi piyadanı vurub - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə
  • 07 may, 2018
  • 07:06
Babək prospektində taksi piyadanı vurub - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 02:39

Bakı. 7 may. REPORT.AZ/ Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, "10-KX-330" dövlət qeydiyyat nişanlı "Hyundai Accent" markalı avtomobil Babək prospektinin təmir olunan hissəsi ilə üzü mərkəz istiqamətinə hərəkətdə olan zaman qəfil qarşısına çıxan 40-45 yaşlı kişini vurub.

Qapalı kəllə-beyin travması alan piyada, sürücünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının huşu özündə olmadığına görə, onun ad-soyadını müəyyən etmək mümkün olmayıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün avtomobilini cərimə meydançasına yerləşdiriblər. Sürücü məsuliyyətə cəlb edilib.

Foto: Ruslan Məmmədov

Babək prospektində taksi piyadanı vurub - FOTO - VİDEO - YENİLƏNİB