Babək prospektində gənc oğlanı avtomobil vurub

Hadisə
  • 07 mart, 2018
  • 03:20
Babək prospektində gənc oğlanı avtomobil vurub
Report

Bakı. 7 mart. REPORT.AZ/ Babək prospektinin Xətai rayonu ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1996-ci il təvəllüdlü Cəfərov Eldəniz Tərlan oğlu prospektdən keçərkən, onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Cəfərov ailənin tək övladıdır.