Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədərək ərazidən qaçıb

Hadisə
  • 05 iyul, 2018
  • 10:05
Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədərək ərazidən qaçıb
Report

Bakı. 5 iyul. REPORT.AZ/ Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında "BMW" markalı avtomobil keçərkən polisdən qaçan və yüksək sürətlə qırmızı işıqda keçən "Mazda" ona çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəliblər. Qəzadan dərhal sonra "Mazda"nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis "Mazda"nın sürücüsünü axtarır.