Səfirlik Rusiyada azərbaycanlı tələbənin qətli faktını nəzarətə götürdü
Hadisə
- 15 iyun, 2020
- 08:47
İyunun 13-də Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirlik bununla bağlı Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinə rəsmi məktub göndərib.
Məlumatda vurğulanıb ki, iyunun 14-də mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin müstəntiqləri ilə əlaqə saxlanılıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır. İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.
Son xəbərlər
18:47
Binəqədi rayonunda velosiped oğrusu saxlanılıb
Hadisə18:40
"Azneft" İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Energetika18:38
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
Digər ölkələr18:38
Dünya Bankı: Normativ baza olmadan transsərhəd "yaşıl enerji" dəhlizləri kommersiya dəyərini itirir
Energetika18:36
Uitkoff: Tramp Rusiya ilə Ukrayna arasında möhkəm sülh üçün səy göstərir
Digər18:35
Foto
Bakıda külək nəticəsində 15 ağac sınıb
Hadisə18:25
Azərbaycanlı FIFA hakimi Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb
Futbol18:23
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
Region18:17