Qadını Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Hadisə
  • 11 mart, 2019
  • 05:20
Qadını Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Azərbaycanlı qadını Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü G.Seyfullayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, onun əməllərindən idarəyə bir qadın tərəfindən müraciət edilib.

İttihama görə, G.Seyfullayeva Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.