Azərbaycanın məşhur QHT rəhbəri avtomobil qəzasında yaralanıb

Hadisə
  • 17 dekabr, 2014
  • 10:49
Azərbaycanın məşhur QHT rəhbəri avtomobil qəzasında yaralanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, sabiq deputat Əliməmməd Nuriyev avtomobil qəzasına düşüb. Bu barədə “Report”a onun köməkçisi Zaur İbrahimov məlumat verib.

Belə ki, “Neftçilər” prospektində Ə.Nuriyevin idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobil “BMW” ilə toqquşub. Ə.Nuriyevin avtomobili aşaraq yararsız hala düşüb. QHT rəhbəri başından yaralanıb. O, xəstəxanaya aparılıb.

Qeyd edək ki, Ə.Nuriyev hadisə zamanı avtomobildə tək olub.