Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılaraq ekstradisiya edilib

Hadisə
  • 13 noyabr, 2018
  • 08:26
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılaraq ekstradisiya edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyə Respublikasında saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Haldun Hacıyev Türkiyə Respublikasında saxlanılıb və ekstradisiya edilib.