Azərbaycanda turizm şirkətindən oğurluq edən 3 İran vətəndaşı tutulub

Hadisə
  • 23 iyul, 2016
  • 12:42
Azərbaycanda turizm şirkətindən oğurluq edən 3 İran vətəndaşı tutulub

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanda turizm şirkətindən oğurluq edən 3 İran vətəndaşı tutulub.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə