Azərbaycanda şirkət 30 min avro cərimələnib
Hadisə
- 19 iyun, 2019
- 07:37
Maliyyə Bazarlarına Nəzarət Palatası “Aztexnika LTD” MMC-ni 30000 avro məbləğində inzibati cərimə edib.
"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimələnib.
Cərimə ilə bağlı qərardan verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Aztexnika LTD” MMC ağır sənaye avadanlığının idxalçısı və distribütorudur. Şirkət dünyanın aparıcı markalarının idxal etdiyi texniki avadanlıqların rəsmi nümayəndəliyini öz üzərində cəmləşdirib.
Son xəbərlər
07:48
"Barselona" "Atletiko"nun Alvareslə bağlı sərt açıqlamalarına cavab verib
Futbol07:22
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
Digər ölkələr06:51
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb
Digər ölkələr06:12
Avropa MTG-I2 meteoroloji peykini "Ariane 6" raketi ilə kosmosa göndərib
Digər ölkələr05:28
İlin son Ay tutulması başlayıb
Elm və təhsil05:26
Türkiyədə fermada 15 işçi qazdan zəhərlənib
Region05:03
MKİ direktoru Trampın göstərişi ilə Moskvada gizli görüş keçirib
Digər ölkələr04:48
İsveçrə ordusunu pilotsuz təyyarələr batalyonu ilə gücləndirəcək
Digər ölkələr04:13