Azərbaycanda sahibkar qadının tutulması barədə məlumata aydınlıq gətirildi
Hadisə
- 12 fevral, 2020
- 09:38
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlardan daxil olan müraciətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.
E.Hacıyev söyləyib ki, hazırda M.Süleymanzadə saxlanılmayıb.
Qeyd edək ki, ötən gün M.Süleymanzadənin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu dələduzluq yolu ilə mənimsəyib.
Son xəbərlər
13:38
"Sabah"ın 148 yaşlı rəqibi - "Mançester Yunayted" parlaq tarixinin xiffətini çəkir - TANITMA
Futbol13:37
Paşinyan: Rusiyanın dəmir yolları üzrə konsessiya hüququnu üçüncü ölkəyə verməsi ən yaxşı variantdır
Region13:33
Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır
Energetika13:32
Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib
Biznes13:30
Fatih Yel: Türkiyədə bir neçə minatəmizləmə maşını uğurla testdən keçib
Xarici siyasət13:26
Azərbaycan Çin institutu ilə birgə enerji şəbəkəsinin inkişafı üzrə Yol Xəritəsi hazırlayır
Energetika13:25
Eliza Bekker: Azərbaycan minatəmizləmə fəaliyyətində milli potensialın uğurlu inkişafına nümunədir
Xarici siyasət13:23
Ermənistan və Rusiya ikitərəfli münasibətlərin inventarizasiyası üzrə razılığa gəlib
Region13:19