Azərbaycanda “Pilot Regional İnkişaf Proqramının icrası üzrə Texniki Dəstək Layihəsi”nə yekun vurulub

Hadisə
  • 22 may, 2018
  • 13:20
Azərbaycanda “Pilot Regional İnkişaf Proqramının icrası üzrə Texniki Dəstək Layihəsi”nə yekun vurulub

Bakı. 22 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirdiyi “Pilot Regional İnkişaf Proqramının icrası üzrə Texniki Dəstək Layihəsi”nə yekun vurulub. 

"Report"un məlumatına görə, bununla bağlı keçirilən konfransda nazir müavini Sahib Məmmədov və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərir Kəstuitis Yankauskas iştirak edib. 

S.Məmmədovun sözlərinə görə, 2016-2018 -ci illəri əhatə etmiş layihənin məqsədi regionların inkişafı sahəsində Aİ ölkələrinin təcrübəsindən yararlanmaqdır. Eyni zamanda dövlət qurumlarının nümayəndələrinin potensialının artırılması, onlara təlimlərin keçirilməsi, həmçinin xarici təcrübədən yararlanmaq da layihənin tərkib hissələri olub: "Hesab edirəm ki, layihə çərçivəsində əldə edilmiş bilik və bacarıqlar bu sahədə töhfə olacaq". 

Səfir K.Yankauskas deyib ki, son 10 ildə Azərbaycan hökumətinin əsas məqsədi paytaxtla region arasında fərqin aradan qaldırılması olub. Onun sözlərinə görə, layihə Aİ-də əldə edilmiş təcrübənin Azərbaycanda tətbiqini nəzərdə tutur: "Bu tərəfdaşlıqdan gözəl imkanlar əldə etmək mümkündür. Layihənin nəticələri yaxşıdır". 

44 filmi