Lənkərandakı məsciddə nəzir qutusunun oğurlanmasına cəhd olunub

Hadisə
  • 24 noyabr, 2015
  • 08:47
Lənkərandakı məsciddə nəzir qutusunun oğurlanmasına cəhd olunub

Bakı. 24 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində nəzir qutusunun oğurlanmasına cəhd olunub. "Report"un məlumatına görə, hadisə şəhərin Böyük Bazar məscidində baş verib.
Belə ki, ötən gecə saat 03:00 radələrində məsciddə nəzir qutusunu oğurlamağa çalışan 2 nəfər şəxs gözətçini görüb, əllərində olan alətləri ataraq hadisə yerindən qaçıblar. 
Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət olunub. 
Polis şöbəsində araşdırmalara başlanılıb.