Azərbaycanda məcburi köçkünlərin yaşadığı bina uçub
Hadisə
- 30 oktyabr, 2015
- 07:59
Bakı. 30 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub. "Report"un məlumatına görə, hadisə rayonun Salahlı kəndində yerləşən peşə məktəbinin binasında baş verib. Uzun illərdir ki, məktəb binasında müvəqqəti məskunlaşan Səbahət Ziyafətdin oğlu Abdulrəhmanov və Xəqani Heydər oğlu Cəfərovun yaşadığı mənzilin divarı uçub.
Məcburi köçkünlərin sözlərinə görə, dağıntıya səbəb yağışlı hava olub.
İstismar müddəti başa çatan bina qəzalı vəziyyətdə olsa da, köçkünlər binada yaşamaq məcburiyyətindədirlər.
Qeyd edək ki, həmin binada 16 köçkün ailəsi məskunlaşıb. Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir.
Son xəbərlər
21:40
Ağdam şəhəri və Xocavəndin Qırmızı Bazar qəsəbəsində konsert proqramı təşkil olunub
Daxili siyasət21:16
Foto
Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib
Hadisə21:05
Xocavənd rayonunda buldozer minaya düşüb
Hadisə20:58
Çində "Delfin" tayfununa görə 420 mindən çox şəxs təxliyə edilib
Digər ölkələr20:45
Azərbaycan Prezidenti: Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq
Xarici siyasət20:41
İlham Əliyev: TRIPP layihəsi Cənubi Qafqazda təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir
Xarici siyasət20:36
Prezident: Azərbaycan-ABŞ əlaqələri 34 illik diplomatik münasibətlər tarixində ən yüksək zirvədə qərarlaşıb
Xarici siyasət20:31
İlham Əliyev: Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış sülh mühitində yaşamağa uyğunlaşır
Xarici siyasət20:31