Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub öldürüb

Hadisə
  • 12 sentyabr, 2015
  • 08:51
Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub öldürüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda iki nəfəri elektrik cərəyanı vurub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisələrdən biri sentyabrın 10-da Şəmkir rayonunun Seyfəli kəndində baş verib.

Rayon sakini Rövşən Mustafayev torpaq sahəsini suvararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Digər hadisə isə Şəkidə qeydə alınıb. Sentyabrın 11-də Şəki rayonunun Cumay kəndində yaşayan Sadiq Məmmədov evində elektrik cərəyanı vurması nəticəsində ölüb.