Azərbaycanda Dairə Seçki Komissiyasının keçmiş üzvünün evindən 50 min manat və 20 min dollar oğurlanıb

Hadisə
  • 08 may, 2017
  • 07:42
Azərbaycanda Dairə Seçki Komissiyasının keçmiş üzvünün evindən 50 min manat və 20 min dollar oğurlanıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanda Dairə Seçki Komissiyasının (DSK) keçmiş üzvünün evindən külli miqdarda pul oğurlanıb. 

"Report"un məlumatına görə, hadisə Masallı rayonunda baş verib.

Belə ki, 70 saylı Masallı şəhər DSK-nın keçmiş üzvü Əbülfəz Talıb oğlu Şahmarovun evindən oğurluq olub. Naməlum şəxs və ya şəxslər Ə.Şahmarovun mənzilindən 50 min manat və 20 min dollar oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır. 

44 - Tezliklə