Azərbaycanda bağlı qalan 329 cinayətin üstü açılıb

Hadisə
  • 14 fevral, 2020
  • 13:11
Azərbaycanda bağlı qalan 329 cinayətin üstü açılıb

Ötən il Azərbaycanda açılan cinayətlərin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, bu barədə Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluqlar, quldurluqlar, dələduzluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıqlar, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması yaxşılaşsa da, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma faizi azalmışdır. Eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilmişdir.