Azərbaycanda ana və 3 yaşlı oğlu kanala düşüb, onlardan biri boğulub
Hadisə
- 08 oktyabr, 2015
- 08:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 oktyabr. REPORT.AZ/ Yevlax rayonunun İsmayılabad kəndində ana və 3 yaşlı övladı su kanalına düşüb. Bu barədə "Report"a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, kənd sakini Səbinə Əkbərova və 3 yaşlı oğlu Ayxan kənd ərazisindəki kanalın üzərindəki taxta körpüdən keçən zaman kanala yıxılıblar. Ana xilas olsa da, axar su 3 yaşlı Ayxan Ələkbərovu aparıb. Azyaşlı suda boğularaq ölüb. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri uşağın meyitini çıxararaq ailəsinə təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisəyə səbəb kimi kanalın üzərindəki taxta körpünün sürüşkən olması göstərilir.
Son xəbərlər
08:05
KİV: İran ABŞ seçkilərinədək atəşkəs əldə olunacağına şübhə edir
Region07:48
Rubio: Britaniyadakı insidentdə xarici müdaxilə izi aşkarlanıb
Digər ölkələr07:16
İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmağa hazırlaşır
Region06:50
Şimali Koreya: ABŞ-nin fəaliyyəti nüvə silahlarının yayılmaması sistemini zəiflədir
Digər ölkələr06:18
İstanbulda İran təyyarəsinə həbs qoyulub
Region05:41
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir
Region05:16
Suriyada qaz kəmərində güclü yanğın baş verib
Digər ölkələr04:55
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-nin cavabını gözləyir
Region04:13