Bu il Azərbaycanda 54 xarici ölkə vətəndaşı narkotikə görə cinayət məsuliyyətinə cəlb edilib
- 18 iyul, 2022
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-iyun aylarında 4091 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair məlumatda qeyd edilib.
Bildirilib ki, onlardan 16-18 yaşadək 7 nəfər, 18-25 yaşadək 306 nəfər, 26-29 yaşadək 710 nəfər, 30 yaş və ondan yuxarı isə 3068 nəfər təşkil edir. Həmin şəxslərdən 3980-i kişi, 111-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 54 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 54 xarici ölkə vətəndaşından 22-i İran İslam Respublikası, 7-si Gürcüstan, 8-i Türkiyə, 1-i Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 1-i Ukrayna və 13-ü Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 936 kq 422,285 qr və 4078 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.