Azərbaycanda 53 yaşlı qadını avtomobil vurub
Hadisə
- 26 sentyabr, 2015
- 05:02
Bakı. 26 sentyabr. REPORT. AZ/ Cəlilabadda yolu keçmək istəyən qadını avtomobil vurub. "Report" xəbər verir ki, ötən axşam rayonun Zopun kənd sakini, Aqşin Tərlan oğlu Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Məhparə Xanoğlan qızı Abdullayevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını sürücü öz maşını ilə dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırıb. Yaralıya xəstəxanada ilk tibbi yardım göstəriləndən sonra vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
17:49
Tramp: İranla danışıqlar aparmırıq və belə niyyətimiz də yoxdur
Digər ölkələr17:46
Azərbaycanın 3 güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib
Fərdi17:45
AYNA: "Qırmızı Körpü" gömrük postunda 1 000-dən çox avtomobil gözləyir
İnfrastruktur17:42
Foto
AFFA-nın Texniki direktoru Edmond Klaus "Sabahın ulduzları"nı izləyib
Futbol17:35
Sibiqa yeni Ukrayna hökumətində xarici işlər naziri vəzifəsini saxlayacaq
Digər ölkələr17:35
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i məhkəməyə verib
Media17:34
Azərbaycan Türkiyədən xiyar tədarükünü bərpa edib
Biznes17:32
Patrik Vieyra Seneqal millisinin baş məşqçisi təyin edilib
Futbol17:28