Azərbaycanda 36 yaşlı məhkəmə hakimi vəfat edib
Hadisə
- 12 may, 2016
- 06:12
Bakı. 12 may. REPORT.AZ/ Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımova vəfat edib.
Bu barədə “Report”a həmin məhkəmədən məlumat verilib.
Məlumata görə, 36 yaşlı M.Qasımova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Qasımova Mətanət Eynulla qızı 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Binəqədi Rayon Məhkəməsində, Ali Məhkəmədə, Xətai Tikinti Mexanizasiya ASC-də, Xəzər Rayon Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi idi.
Son xəbərlər
23:51
Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb
Region23:45
Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək
Futbol23:38
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
Digər ölkələr23:26
Fransanın kiçik çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb
Digər ölkələr23:14
Rezai: ABŞ ordusu İrana qarşı quru əməliyyatına hazırlaşırdı
Region22:55
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
Digər ölkələr22:48
Füzulidə açıq ərazidə yanğın baş verib
Hadisə22:40
"Fiorentina" "Yuventus"un futbolçusu Joau Mariunu heyətinə qatıb
Futbol22:29