Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb

Hadisə
  • 15 yanvar, 2018
  • 08:48
Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb
Customs.gov.az

Bakı. 15 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 2 min ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə