Azərbaycana heroin gətirən İran vətəndaşı saxlanılıb
Hadisə
- 06 dekabr, 2018
- 08:32
Bakı. 6 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə gələn İran vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanada rentgenoloji müayinə zamanı onun daxili orqanı - düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Nəticədə vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 200 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Son xəbərlər
09:57
Foto
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur
Daxili siyasət09:44
Foto
Vaqif Şəbiyev: Oğlum xidmətə başladıqdan üç ay sonra şəhidlik zirvəsinə ucaldı
Daxili siyasət09:31
Foto
Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb
Xarici siyasət09:13
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Litva komandası ilə üz-üzə gələcək
Futbol09:00
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
Daxili siyasət09:00
Azərbaycan milliləri Ümumdünya Şahmat Olimpiadasında sonuncu oyunlarını bu gün keçirəcəklər
Fərdi08:44
Foto
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
Daxili siyasət08:43
"Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib
Media08:17