Azərbaycana gələn Gürcüstan vətəndaşının üzərindəki kibrit qutusundan narkotik maddə çıxıb

Hadisə
  • 14 sentyabr, 2017
  • 07:39
Azərbaycana gələn Gürcüstan vətəndaşının üzərindəki kibrit qutusundan narkotik maddə çıxıb
Customs.gov.az

Bakı. 14 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.