Azərbaycan vətəndaşının qanunsuz yolla ölkəyə siqaret gətirməsinin qarşısı alınıb
- 22 oktyabr, 2018
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 oktyabr. REPORT.AZ/ Gömrükçülər külli miqdarda siqaretin ölkə ərazisinəqaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.
DövlətGömrük Komitəsindən “Report”a verilən məlumata görə, Cənub Ərazi BaşGömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan gələn Azərbaycanvətəndaşının idarə etdiyi "Daewoo" markalı avtobus saxlanılıb vəgömrük baxışı keçirilib.
Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyatvasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığınıbildirib.
Lakin kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlamazamanı, xidməti it avtobusun sürücü oturacağının ətrafına və mühərrik hissəsinəreaksiya verib. Bu səbəbdən avtobus təkrar yoxlanılıb.
Nəticədə, sürücü oturacağının sol tərəfində olan elektrikqoruyucuları lövhəsinin altında gömrük nəzarətindən gizlədilmiş 1600 ədəd"Manchester", avtobusun salonunda olan havalandırma sistemindəkiboşluqlarda isə 4000 ədəd "Kent Nanotek 2.0" markalı siqaretlər aşkaredilib.
Daha sonra avtobusun mühərrik hissəsi yoxlanılarkən, buradada gömrük nəzarətindən gizlədilmiş 3600 ədəd "Kent Nanotek 2.0",avtobusun sağ hissəsində olan iki ədəd akkumulyatorun ətrafındakı boşluqlardaisə 600 ədəd "Forman" və 200 ədəd "Senator" markalısiqaretlər aşkar olunub.
Ümumilikdə, avtobusda 10000 ədəd siqaret aşkara çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.