Azərbaycan vətəndaşının cib dəsmalının arasından heroin çıxıb

Hadisə
  • 02 iyul, 2018
  • 11:15
Azərbaycan vətəndaşının cib dəsmalının arasından heroin çıxıb

Bakı. 2 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı vətəndaşın əlində saxladığı cib dəsmalının arasında bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə