Azərbaycan vətəndaşı rusiyalı iş adamını oğurlamaqda şübhəli bilinir

Hadisə
  • 15 dekabr, 2016
  • 11:48
Azərbaycan vətəndaşı rusiyalı iş adamını oğurlamaqda şübhəli bilinir

Bakı. 15 dekabr. REPORT.AZ/ Novosibirsk vilayətində 51 yaşlı Azərbaycan vətəndaşına qarşı adam oğurluğuna cəhd faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, oyun avtomatlarında oynamaqla əlaqədar böyük məbləğdə borcu olan və maddi sıxıntılar içərisində qalan şübhəli şəxs keçmiş işəgötürəninin, maliyyə durumunun yaxşı olduğunu bildiyi 34 yaşlı Novosibirsk sakininin qaçırılmasını təşkil etmək qərarına gəlib. Cinayət planının həyata keçirilməsi üçün şübhəli şəxs tanışına zəng edərək ondan bu işi görə biləcək adamlar tapmasında yardım etməsini istəyib. Lakin yoldaşının belə istəyindən sonra tanış hüquq-mühafizə orqanlarına müraciət edib.

Şübhəli şəxs istintaq məlumatlarını etiraf edib. Müstəntiqin istəyi əsasında şübhəli şəxs barəsində məhəkəmə olana qədər həbs qətimkan tədbiri seçilib.